IQNA

Müqəddəs Kufə məscidi Müslüm ibni Əqilin (ə) şəhadətini qeyd etməyə hazırlaşır - FOTO

10:22 - July 14, 2021
Xəbər sayı: 3490279
İraq şəhərində yerləşən müqəddəs Kufə məscidi Həzrət İmam Hüseynin (ə) Kərbəlaya göndərdiyi sədaqətli səfiri Müslüm ibn Əqilin (ə) şəhadətini (9 Zil-Hiccə) qeyd etməyə hazırlaşır.

İraq şəhərində yerləşən müqəddəs Kufə məscidi Həzrət İmam Hüseynin (ə) Kərbəlaya göndərdiyi sədaqətli səfiri Müslüm ibn Əqilin (ə) şəhadətini (13 Zil-Hiccə) qeyd etməyə hazırlaşır.

Deyerler.org Masjed-alkufa-ya istinadən xəbər verir ki, müqəddəs məscidin tikiş və toxuma bölməsi Müslüm ibni Əqilin şəhadətinin növbəti ildönümündə müqəddəs ziyarətgahda asılacaq bayraq və digər matəm rəmzlərinin hazırlamağa başlayıb.

Həzrət Müslüm ibn Əqil İmam Hüseynin (ə) səfiri olanda 28 yaşı var idi. O, Kufəyə gəlib Muxtar ibn Əbu Übeydə Səqəfinin evində qaldı. Şiələr dəstə-dəstə Muxtarın evinə gəlir, Müslüm isə Həzrət Hüseynin(ə) məktubunu onlara oxuyurdu və onlar da ağlayaraq beyət edirdilər.

Tarixçilər yazırlar ki, Kufəyə gəlməsindən bir neçə gün keçməmişdi ki, İmama (ə) bir məktub yazdı: “Heç zaman bir qrupun nümayəndəsi öz yoldaşlarına yalan deməz. Kufə camaatı hamı sizinlədir. İndiyədək onlardan 18 min adam mənə beyət edib. Bu məktub sizə çatan kimi dayanmadan Kufəyə tərəf yola düşün. Vəssalam”.

Ancaq üstündən az bir müddət keçmiş vəfasız Kufə xalqı öz beyətlərindən dönürlər və nəticə belə olurki, Müslümlə can-başla əhd-peyman bağlayan 18 min adamdan heç bir nəfər də onunla qalmamışdı. Əqilin oğlunun son sözü isə bu olmuşdu: “Hüseynə (ə) məktub yazın ki, gəlməsin”.

Müslüm ibni Əqil kufəlilərin vəfasızlığı üzündə Zil-Hiccə ayının doqquzunda Übeydulla ibn Ziyadın fərmanı ilə amansız şəkildə şəhid edilir. / masjed-alkufa

جهود وحدة التطريز في إحياء ذكرى شهادة مسلم بن عقيل (عليه السلام)

captcha