IQNA

Kanadada müsəlman ana və qızına hücum edildi

12:36 - July 14, 2021
Xəbər sayı: 3490282
Hamilton Polisi qadınlardan birinin qışqıraraq qaçmasından sonra ətrafdakıların müdaxilə etdiyini bildirərək, təcavüzkarı şahidlərin verdiyi məlumatlarla yaxalayıb.  

Kanadanın Hamilton şəhərində bir müsəlman ana və qızı bir nəfər tərəfindən islamofobik hücuma məruz qalıb.  

Şəhərin Ankaster Medoulends ərazisindəki bir avto-dayanacaqda hərəkət edən ana və qızına tərəf bir nəqliyyat vasitəsi gəlməyə başlayıb.  

Polisin açıqlamasına görə, sürücü hicablı ana və qızına qarşı müsəlmanlara yönəlmiş irqçi təhqir və təhdidlər yağdırıb.  

62 yaşlı ana və 26 yaşlı qızı küçədən qaçaraq kolların arxasında gizləniblər. Polis təcavüzkarın onları axtardığını və tapdıqda öldürməklə hədələdiyini söyləyib.  

Hamilton Polisi qadınlardan birinin qışqıraraq qaçmasından sonra ətrafdakıların müdaxilə etdiyini bildirərək, təcavüzkarı şahidlərin verdiyi məlumatlarla yaxalayıb.  

40 yaşlarında olan təcavüzkar nifrət cinayətinə görə nəzarətə götürülüb.  

Hazırki mərhələdə ana və qızının şəxsiyyətinin açıqlanmayacağı bildirilib. / eastnews

captcha