IQNA

Nəcəf şəhəri həzrət İmam Baqirin (ə) matəmi münasibəti ilə qara geyinib - Foto

23:28 - July 18, 2021
Xəbər sayı: 3490320
İraqın Nəcəfül-Əşrəf şəhərində İmam Əlinin (ə) mütəhhər hərəmində İmam Muhəmməd Baqirin (ə) müsibətli şəhadətinin növbəti ildönümü münasibətilə matəm rəmzləri asılıb.

İraqın Nəcəfül-Əşrəf şəhərində İmam Əlinin (ə) mütəhhər hərəmində İmam Muhəmməd Baqirin (ə) müsibətli şəhadətinin növbəti ildönümü münasibətilə matəm rəmzləri asılıb.

Matəm hazırlıqları çərçivəsində müqəddəs ziyarətgahın bütün sütunlu dəhlizləri, meydanları ilə günbəz və minarələrinə İmam Muhəmməd Baqirin (ə) adı yazılmış qara bayraqlar asılıb.

Həzrət İmam Əlinin (ə) mübarək qəbrinin olduğu qızılı zərihinin üzərində də qara örtük asılıb.

İmam Əli (ə) ziyarətgahında beşinci İmam, Həzrət Məhəmməd Baqirin (ə) şəhadəti münasibətilə mərasim keçirilib.

Məddahlar və xadimlər səhərçağı mərasim təşkil edərək açıq havada İmamın şəninə rövzə, mərsiyə və mədhiyələr deyiblər. /imamalinet

 
 

 

captcha