IQNA

Sionist yəhudilər Əqsa məscidinə hücum ediblər - VİDEO

23:49 - July 18, 2021
Xəbər sayı: 3490321
Onlar "əl-Qübla müsəllası" adlanan məsciddə aksiya keçirənləri mühasirəyə alıblar və məscidin səs yayımı otağına basqın ediblər. Məscidin qadın və kişi xidmətçilərini vəhşicəsinə döyüblər.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  bu gün, həftənin Bazar günü, 18 İyul 2021-ci il, səhər saatlarında yüzlərlə sionist qəsəbə sakinləri terrorçu rejimin yarıqlı quldurlarının müşayti altında əl-Əqsa məscidinə hücum edərək məsciddə ibadət edənləri mühasirəyə alıblar.

Terrorçu sionist İsrail rejiminin silahlı quldurları müsəlman namazqılanlara gözyaşardıcı qazlarla hücum ediblər.

Onlar "əl-Qübla müsəllası" adlanan məsciddə aksiya keçirənləri mühasirəyə alıblar və məscidin səs yayımı otağına basqın ediblər. Məscidin qadın və kişi xidmətçilərini vəhşicəsinə döyüblər.

Müsəlmanlar "Allahu Əkbər" və digər İslami və milli şüarlar səsləndirərək Əqsa məscidini müdafiə ediblər.

Qeyd edək ki, sionist rekimi Şənbə gecəsi də işğalda olan Qüds şəhərinin Babul-Amud qapısında Əqsa məscidini müdafiə məqsədi ilə toplanan bir qrup fələstinli cavanı həbs etmişdi. / iqna

kod
captcha