IQNA

Cari ilin Həcc ziyarəti başa çatdı

9:55 - July 24, 2021
Xəbər sayı: 3490358
1442-ci hicri-qəməri ilinin (2021) Həcc ayinlərini də koronavirus fonunda müəyyən məhdudiyyətlərlə başa vuran Allah Evinin zəvvarları Beytul-Həramı Mədinə şəhəri istiqamətində tərk ediblər.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 1442-ci hicri-qəməri ilinin (2021) Həcc ayinlərini də koronavirus fonunda müəyyən məhdudiyyətlərlə başa vuran zəvvarlar Beytul-Həramı tərk ediblər.

Koronavirus pandemiyasına görə bu ilin Həcc mərasimində Səudiyyə Ərəbistanında yaşayan yerli və xarici vətəndaşlardan ibarət 60 min nəfər hacı iştirak edə bilib.

Onlar ötən gün, Cümə günü, 13 Zil-Hiccə 1442-ci il (23 İyul 2021-ci il), Ləbbeyik sədaları ilə Məscidul-Hərama daxil olublar və Vida Təvafını yerinə yetiriblər. Bununla da Beytullahul-Həramın Həcc mövüsümü ayinləri başa çatıb.

Qeyd edək ki, Şiə məzhəbi və Cəfəri fiqhinə görə Həcc ayinlərində vida təvafı yoxdur. Axırıncı təvaf "Qadınlar təfavı" adlanır. Şiə müsəlmanları bu təvafı etməklə Həcc ayinlərini tamamlayırlar.

ÜST və Beynəlxalq İslam Fiqhi Təşkilatı bu il Həcc ayinlərinin təhlükəsiz keçirildiyini və heç bir hacının xəstəliyə yoluxmadığını elan edib.

Ərəbistanın Həcc və Ümrə Nazirliyi elan edib ki, Mina çölünü tərk edən hacılar İslam Peyğəmbərini (s) ziyarət etmək üçün Mədinə şəhərinə yola düşüblər.

Xatırladırıq ki, hacılar Zil-Hiccə ayının 12-də Mina çölünü tərk edə bilərlər. Amma həmin gün Günəş batıncayadək Mina çölündə qalan hacı Zil-Hiccə ayının 13-cü gecəsini də Minada qalmalıdır. 13-cü gün Cəməratı (şeytan heykəlləri) daşlayandan sonra Minanı tərk edə bilər. / iqna

captcha