Əlcəzair cüdoçusu Fathi Nurin (73 kq) Tokio-2021 Yay Olimpiya Oyunlarında çıxış etməkdən imtina edib.
O, buna səbəb kimi sionist rejiminin idmançısı ilə güləşmək istəmədiyini bildirib.
Buna 30 yaşlı məşhur idmançının 1/16 final mərhələsində İsrail təmsilçisi Tohar Butbul ilə güləşmək istəməməsi səbəb olub.
Fələstinə dəstək məqsədilə döşək üzərinə çıxmayan cüdoçu olimpiadada mübarizəni başlamadan dayandırıb.
Qeyd edək ki, Fathi Nurin 2019-cu ildə də eyni səbəbdən dünya çempionatında iştirak etməyib. /iqna