IQNA

Almaniyada İmam Əli (ə) adına İslam mərkəzi və məscidi hədəfə alındı

17:01 - July 26, 2021
Xəbər sayı: 3490373
Almaniyanın Hamburq şəhərində yerləşən Həzrət İmam Əli (ə) adına İslam Mərkəzi və bu mərkəzin nəzdində fəaliyyət göstərən məscidə islamofobik və irqçi hücum həyata keçirilib.  

Almaniyanın Hamburq şəhərində yerləşən Həzrət İmam Əli (ə) adına İslam Mərkəzi və bu mərkəzin nəzdində fəaliyyət göstərən məscidə islamofobik və irqçi hücum həyata keçirilib.  

Bu barədə Almaniyanın yerli informasiya mənbələri məlumat yayıb.  

Məlumatda vurğulanır ki, radikal və faşist düşüncəli cinayətkarlar məscidin divarına islamofob sözlər yazıblar.

Bundan əlavə, məscidin divarlarına ölüm təhdidlərinin də yazıldığı diqqətə çatdırılır.  

Polisin hadisəni törədənləri də axtarışa verdiyi qeyd edilir. / eastnews

captcha