IQNA

İslamofob cütlük hicablı xanıma hücum edərək təhqir etdilər

20:12 - July 28, 2021
Xəbər sayı: 3490391
23 yaşlı müsəlman xanım avtobus sürücüsü və onun arvadı tərəfindən hücuma məruz qaldıqdan sonra İzmir şəhər polisinə müraciət edib.

Türkiyənin qərbində hicablı müsəlman xanım islamofobların hücumuna məruz qalıb.

23 yaşlı müsəlman xanım avtobus sürücüsü və onun arvadı tərəfindən hücuma məruz qaldıqdan sonra İzmir şəhər polisinə müraciət edib.

Belə ki, R. adlı hicablı xanım yolu keçən zaman, mikroavbotus tormoza gec basdığı üçün müsəlman xanıma toxunub. Hicablı xanım qorxusundan qışqırıb, lakin sürücü üzrxahlıq əvəzinə onu təhqir etməyə başlayıb. Sürücü R.E. və onun arvadı İ.E mikroavtobusdan eniblər və İ.E. müsəlman xanımın sürücüdən – R.E.-dən üzr istəməsini tələb edib. Günahkar olduğu halda qəzəblənmiş İ.E. müsəlman xanımın hicabını başından çıxarıb və onu təhqir edib.

Yoldan keçən insanlar müsəlman xanımın dadına çataraq hücum edən islamofobları kənara çəkiblər.

“Düşünürdüm ki, onlar məni öldürəcəklər. Onlar mənim başıma vurmağa çalışırdılar, lakin mən əllərimlə örtündüm. Yoldan keçən insanlar məni xilas etdilər”, – deyə müsəlman xanım bildirib. /Şəfəqna

captcha