IQNA

KLİP | Müsəlmanların ən böyük bayramı

11:50 - July 29, 2021
Xəbər sayı: 3490398
Soruşdular: “Müsəlmanlar üçün “Fitr”, “Qurban” və “Cümə” günlərindən əlavə, digər bir bayram günü də varmı?”. Buyurdu: “Bəli, məqam və hörmət baxımından onlardan da böyük bir bayram vardır.”
Əbdürrəhman ibn Salim atasından nəql edir ki, İmam Sadiqdən (ə) soruşdum:
هَلْ لِلْمُسْلِمِینَ عِیدٌ غَیرُ یوْمِ الْجُمُعَةِ وَالْاَضْحَی وَالْفِطْرِ؟
“Müsəlmanlar üçün “Fitr”, “Qurban” və “Cümə” günlərindən əlavə, digər bir bayram günü də varmı?”
İmam (ə) buyurdu:
نَعَمْ، اَعْظَمُهَا حُرْمَةً
“Bəli, məqam və hörmət baxımından onlardan da böyük bir bayram vardır.”
Soruşdum:
وَاَی عِیدٍ هُوَ جُعِلْتُ فِدَاكَ؟
“Sənə qurban olum! Hansı gün?”
İmam (ə) buyurdu:
اَلْیوْمُ الَّذِی نَصَبَ فِیهِ رَسُولُ اللهِ ‌‏صلی‏الله‏علیه ‏وآله اَمِیرَالْمُؤْمِنِین...
“Rəsulullahın (s) Əmirəlmöminini (imamət və xilafətə) təyin etdiyi gün...!” (”Mən-lə yəhzuruhul-fəqih”, c.2, səh.90.)
kod
captcha