IQNA

Müsəlmanlar zibilxanaya atılmış körpənin həyatını xilas etdilər

0:10 - August 01, 2021
Xəbər sayı: 3490412
Belə ki, Tiruççirappalli şəhərində müsəlmanlar səhər saat 5-də sübh namazını məsciddə qıldıqdan sonra evlərinə qayıdarkən zibilxana tərəfdən uşaq ağlaması səsini eşidiblər.

Hindistanın Tamilnad ştatında məscidlərdən birinin camaatı dünyaya yenicə göz açmış körpəni ölümdən xilas edib.

Belə ki, Tiruççirappalli şəhərində müsəlmanlar səhər saat 5-də sübh namazını məsciddə qıldıqdan sonra evlərinə qayıdarkən zibilxana tərəfdən uşaq ağlaması səsini eşidiblər.

Müsəlmanlar səs gələn tərəfə tələsərək zibillərin arasına atılmış körpə uşaq aşkar ediblər. Uşaq 1,2 kq olub və vaxtından öncə doğulub, doğuş zamanı onun hətta göbəkbağını da kəsməyiblər. Müsəlmanlar körpəni yaxınlıqdakı xəstəxanaya çatdırıblar və orada uşağa ilkin yardım göstərilib və dövlət xəstəxanasına yönləndirilib.

Məscid camaatının ayıq-sayıqlığının sayəsində körpə sağ qalıb və həkimlərin nəzarəti altındadır.

Polis uşağı ölümə atan şəxslərin kimliyini müəyyən etmək üçün müşahidə kameralarının görüntülərini araşdırır. /Şəfəqna

captcha