IQNA

Fələstinli əsirin qızı Quran hafizi oldu

21:57 - August 02, 2021
Xəbər sayı: 3490429
Sionist rejimin zindanlarında həbsdə olan Ramazan Eyd Məşahirənin 19 yaşlı qızı Şəhadət Məşahirə çətin həyat tərzinə rəğmən Qurani-Kərimi əzbərləməyə müvəffəq olub.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sionist rejimin zindanlarında həbsdə olan Ramazan Eyd Məşahirənin 19 yaşlı qızı Şəhadət Məşahirə çətin həyat tərzinə rəğmən Qurani-Kərimi əzbərləməyə müvəffəq olub.

İşğalda olan Qüdsün şərqində yerləşən "əs-Səvahirə" kəndində yaşayan Xanım Şəhadət Məşahirə dünyaya göz açdığı zamandan atasını görməyib. Çünki atası terrorçu israil rejiminin zindanlarında həbsdədir. O atası ilə bir neçə dəfə həbsdə görüşə bilib. Elə həmin görüşlər onu həyat bağlayıb, ürəyində ümid nurunu şölələndirib. Onun Quran əzbərləmək kimi mənəvi inkişafına səbəb olub.

Xanım Məşahirə deyir ki, atamdan uzaq olmağıma baxmayaraq gündəlik işlərimi ciddi cəhdlə həyata keçirməyə çalışıram. Anam və atam mənim uğurlarımın mənşəyidirlər.

O deyir ki, Allahın razılığını qazanmaq və öz mənəvi uğurumu valideynlərimə hədiyyə etmək üçün Quranı əzbərlədim. Atam həbsxanada Nur Quran Hifzi Mərkəzinin məsuludur. Qurani-Kərimi daha asan əzbərləmək və uzun müddət yadda saxlamaq üçün metodik kitab yazır.

Şəhadət Məşahirə arzu edir ki, atası əsirlərin dəyişdirilməsi proseslərindən birində işğalçıların zindanından azadlığa çıxsın. / iqna

captcha