IQNA

Bakıda küçələrdə Aşura ehsanı verdilər - Foto

11:44 - August 21, 2021
Xəbər sayı: 3490564
Azərbaycanda Aşura günündə böyük əksəriyyət İmam Hüseynin təziyəsilə bağlı hüznü yaşayır və bacardığı qədər onu yaşatmağa çalışır. Aşurada qapılardan küçələrə açılan kiçik ehsan süfrələri buna bir nümunədir.

Hicri-qəməri təqvimi ilə bu gün 1443-cü ilin Məhərrəm ayının 10-u Aşura günüdür. Bu ilki Aşura ötən illərlə müqayisədə bəzi məhdudiyyətlərin tətbiq edilməsilə keçirilir. Koronavirus pandemiyasına görə məscidlərdəki mərasimlərə qoyulan bəzi məhdudiyyətlər, təziyə məclislərinin onlayn və sair fərqli formatlarda keçirilməsinə səbəb olub.

Bu gündə insanlar Aşuranı evlərində də yaşatmağa çalışırlar. Onlardan bəziləri evlərinin küçəyə açılan qapılarını İmam ehsanı ilə müzəyyən edirlər.

SalamNews bu fotolardan bəzilərini təqdim edir:

captcha