IQNA

ƏRBƏİN ziyarəti barədə "Sağlamlıq Komitəsi" qərar verəcək

10:22 - August 28, 2021
Xəbər sayı: 3490607
ƏRBƏİN ziyarətinin necə keçiriləcəyi və xarici zəvvarların qəbulu barədə gələn həftənin iclasında dövlətin Sağlamlıq və Sanitariya Komitəsi lazım olan qərarları verəcək.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ƏRBƏİN ziyarətinin necə keçiriləcəyi və xarici zəvvarların qəbulu barədə gələn həftənin iclasında dövlətin Sağlamlıq və Sanitariya Komitəsi lazım olan qərarları verəcək.

Bunu İraqın baş naziri Mustafa əl-Kazimi yerli və xarici media nümayəndələri ilə görüşündə deyib.

Baş nazir vurğulayıb: Bu ilin Ərbəin mərasiminin necə keçiriləcəyi barədə hələ dəqiq bir məlumat yoxdur və bu barədə heç bir qərar verilməyib.  

Cari həftənin Cümə Axşamı günü, 26 Avqust 2021-ci il, region ölkələrinin nümayəndələrinin Bağdadda görüşünün haşiyəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, İranlı və digər xarici zəvvarların ƏRBƏİN ziyarətində iştirak etməsi məsələsində bir sıra problemlər var və əvvəlcə bu problemlər aradan götürülməlidir.

Mustafa əl-Kazimi vurğulayıb ki, bizim əsas problemimiz koronavirus pandemiyasıdır. Hazırda bu barədə danışıqlar gedir və gələn həftənin iclasında ƏRBƏİN mərasiminin necə keçiriləcəyi barədə qərar veriləcək.

O əlavə edib: Biz inanırıq ki, bu çox əhəmiyyətli bir ziyarət mərasimidir. Çox mühüm ruhani və mənəvi cəhətləri var və bu ziyarətin uğurla keçirilməsi üçün çalışmalıyıq. /iqna

captcha