IQNA

Makronun İmam Museyi Kazımın (ə) hərəmini ziyarət etdikdən sonra yazdığı tvit

23:34 - August 30, 2021
Xəbər sayı: 3490624
Ötən gün (29 avqust 2021) axşam Fransanın prezidenti Emmanuel Makron İraqın Kazimeyin rayonunda yerləşən Həzrət İmam Museyi Kazımın (ə) hərəmini ziyarət edib.

Bağdaddakı sammitdə iştirak etmək üçün İraqa gələn Emmanuel Makron, baş nazir Mustafa Əl-Kazımi ilə birlikdə dünən axşam Bağdadın Kazimeyn şəhərində İmam Museyi Kazımın (ə) mütəhhər hərəminə gəlib.

Makron daha sonra öz Tvitter səhifəsində bunları yazıb: “Dünən axşam İraq xalqı ilə bütün komponentləri ilə tanış olmaq üçün şiə mənəviyyatının yüksək yeri olan Kazimeynə getdim. Xoş qarşıladığınız üçün təşəkkür edirəm”.

Makron İraqın baş nazirindən Ayətullah Sistaninin xristianlarla bağlı mövqeləri haqqında kitab da alıb. /deyerler

Teqlər: makron ، imam kazim ، kazimeyn ، hərəm ، tvit
captcha