IQNA

Ali-İmranın 80 ayəsi nüzul əsri xristianlarını tanıdır

12:01 - September 12, 2021
Xəbər sayı: 3490719
Ayətullah Abidi təfsir dərsində deyib: Quranda danışlan məsihlik (xristianlıq) Quran nazil olduğu zamana aiddir və o zamankı xristianlar ilə bu gün yaşayan xristianların əqidəsi fərqlidir.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qum Ali Dini Elmi Hövzəsinin təfsir ustadı Ayətullah Əhməd Abidi mübarək Ali-İmran surəsinin təfsiri dərslərində deyib: Bu surənin 80 ayəsi Qurani-Kərimin nazil olduğu illərdəki məsihlərdən danışır və həmin dövrdəki xristianların əqidəsini bəyan edir.

Ustad Abidi mübarək Ali-İmran surəsinin 1-3-cü ayələrinə işarə edərək deyib: Ali-İmran surəsinin xüsusiyyətlərindən biri də budur ki, məsihilik (xristinalıq) barədə geniş məlumat verib. Bu surənin təqribən 80 ayəsi məsihiliyi tanıtdırır. Əlbəttə bu ayələr nüzul dövrünün xristianlığı barədə məlumat verir.

Bu surədə məsihilər barədə gələn ayələrin ümumi "nüzul şəni" budur ki, bir qrup məsihi bir iş üçün Peyğəmbərin (s) hüzuruna gəldilər. Bu səbəblə də həmin ayələr nazil oldu.

Məsihilər əsasən 3 qrupdurlar: Katolik, Protestant və Ortodoks.

Protestantlığın özündə iki mindən çox kiçik dini firqə mövcuddur. Onlar əsasən miladın 16-17-ci əsrlərində ərsəyə gəliblər. Buna görə də təbiidir ki, Qurani-Kərimdə protestant məsihilərinə aid ayə və məlumat yoxdur. Quranda sözü keçən məsihilər katoliklər və ortodokslardır. Və bunların özləri də müxtəlif firqələrə bölünüblər.

Quran nazil olduğu zamandakı xristianlıq ilə müasir dövrdəki məsihilik arasında bir çox fərqlər var. Bugünki xristianlıq Quranın nazil olduğu zamandakı katolik və ortodoks əqidəsi ilə eyni deyil. Həmçinin Ərəbistan yarımadasındakı məsihilik o dövrün Misr və Rumdakı xristianlığından fərqli olub.

Buna görə də Qurani-Kərimin barəsində danışdığı məsihilik təkcə nüzul dövrünün Ərəbistan yarımadasında yaşayan məsihilərinə aiddir.

Elə buna əsasən də biz Qurani-Kərimdən xristianlarla mübahisə metodunu öyrənməliyik, həmin sözləri və o zamankı məsihilərin əqidəsini deyil, sonra həmin metodla bu günün xristinaları ilə mübahisə və debat etməliyik. Məsələn, bu gün dünyanın heç bir yerində Həzrət Məryəmə (s) Allah deyən bir xristian yoxdur. Halbuki Quranda Allah-Taalanın Həzrət İsaya (ə) belə xitab etdiyini görürük:    

  «وَإِذْ قَالَ اللَّهُ يَا عِيسَى ابْنَ مَرْيَمَ أَأَنْتَ قُلْتَ لِلنَّاسِ اتَّخِذُونِي وَأُمِّيَ إِلَهَيْنِ مِنْ دُونِ اللَّهِ»

 

"Ey İsa ibn Məryəm, camaat sənmi demisən mənə və anama "İlah" qərar verin?".

Bu gün dünyada belə bir əqidə yoxdur ki, kimsə İsa və Məryəmə Allaha desin. Amma qədim tarixdə belə firqələr olub. Buna görə də İsa (ə) və Məryəm (ə) barəsində nazil olan Quran ayələrini toplayıb Vatikana göndərmək səhv bir addımdır.

Ali-İmran surəsinin ilk ayələrində "tövhid"dən bəhs edir. Bu bəhslər məsihiyyətin tövhidi barəsindədir. Qeyd edir ki, onların tövhidi şirkə bulanıb. Əlbəttə onların şirki ibadətdədir. / iqna

Teqlər: təfsir ، xristianlıq ، məsihilik ، nüzul ، məryəm ، isa ، abidi
captcha