Ərbəinə 14 gün qalır. İmam Hüseynin (ə) zəvvarları isə, ayaqları ilə tarix yazmağa davam edir.
İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü (Ərbəin) münasibətilə İraq daxilində hər yerdən milyonlarla zəvvar Kərbəlaya axın edir.
Artıq İraqdakı ziyarətgahlar Ərbəin mövsümünün başlandığını rəsmən elan ediblər və zəvvarların qarşılanıb yerləşdirilməsi üçün bütün hazırlıqların tamamlandığını bildiriblər.
Aşağıdakı görüntülər İraqın Zi Qar və Maysan vilayətindən keçən Ərbəin zəvvarlarına aiddir. / al-kafeel