IQNA

Texasda məscidə qarşı islamofob hücum

22:19 - September 14, 2021
Xəbər sayı: 3490741
Belə ki, islamofoblar 11 sentyabr terrorunun ildönümündə məscidə qarşısına qanlı kəsik donuz başı və üzərində müsəlmanlara ünvanlanmış təhqiramiz mesaj olan lövhəcik yerləşdiriblər.

ABŞ-ın Texas ştatının Ostin şəhərindəki məscid islamofobların vandalizminə məruz qalıb.

Belə ki, islamofoblar 11 sentyabr terrorunun ildönümündə məscidə qarşısına qanlı kəsik donuz başı və üzərində müsəlmanlara ünvanlanmış təhqiramiz mesaj olan lövhəcik yerləşdiriblər.

Bunları aşkar edən məscid ziyarətçisi Vəlid Heydər deyib ki, həmin an özünü çox pis hiss edib.

“Düşünürəm ki, bu, həqiqətən də, məni təhqir etdi. Donuz başı və nifrət dolu mesaj. Mən özümü vətənimdə yad hiss etdim”, – deyə o qeyd edib.

Məscid rəhbərliyi araşdırmanın keçirilməsi tələbi ilə polisə müraciət edib. / Şəfəqna

Teqlər: texas ، abş ، donuz ، məscid ، islamfobiya
captcha