IQNA

İraqda "İmam Hüseynin (ə) silahdaşları" müsabiqəsi keçiriləcək

23:23 - September 18, 2021
Xəbər sayı: 3490766
Bu kitab İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin hicri-şəmsi tarixi ilə 1351-ci ildə Tehranın "Ənsarul-Hüseyn (ə)" heyətində etdiyi çıxışdan hazırlanıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İranın Bağdaddakı Mədəniyyət Əlaqələri Mərkəzinin təşəbbüsü ilə İraqda yaşayan iranlılar üçün "İmam Hüseynin (ə) silahdaşları" adlı kitabdan oxu müsabiqəsi keçiriləcək.  

Bu kitab İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin hicri-şəmsi tarixi ilə 1351-ci ildə Tehranın "Ənsarul-Hüseyn (ə)" heyətində etdiyi çıxışdan hazırlanıb.

Kitabda Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei Əhli-Beyt (ə) imamlarının İlahi risaləti və siyasi mübarizələrini təhlil edib.

Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənablarının Məhərrəm ayında etdiyi bu çıxış 10 hissədən ibarətdir.

Bu virtual müsabiqədə iştirak edənlərə kitabın PDF formatı veriləcək. Müsabiqə iştirakçıları cari ilin Mehr ayının 9-dək yarışın cavab vərəqəsini İranın Bağdaddakı Mədəniyyət Əlaqələri Mərkəzinin internet səhifəsinə göndrməlidirlər. / iqna / 3998255

captcha