IQNA

 əl-Əzhərin şeyxi İraqın Nəcəf şəhərinə səfər edəcək

23:51 - September 18, 2021
Xəbər sayı: 3490768
Misrin əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhməd Təyyib cari ilin Oktyabr ayının əvvəllərində İraqın Nəcəf, Mosul, Bağdad və İrbil şəhərlərinə səfər edəcək.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhməd Təyyib cari ilin Oktyabr ayının əvvəllərində İraqın Nəcəf, Mosul, Bağdad və İrbil şəhərlərinə səfər edəcək.

Misrin əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhməd Təyyib bu barədə mətbuat konfransında məlumat verərək deyib: İraq mənim üçün əziz bir ölkədir. Ümid edirəm ki, ora səfər edəcəm və şərəfli İraq xalqı ilə görüşə biləcəm.

O, Misr və İraqın ortaq dəyərlərinə işarə edərək vurğulayıb: İraq və Misr İslam dünyasında iki əhəmiyyətli qütbdür.

Eyni zamanda İraqın Qahirədəki səfiri Əhməd Nayif Düləymi elan edib ki, Misrin əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhməd Təyyibin İraqa səfəri üçün lazım olan hazırlıqlar görülüb və İraq şeyxi qarşılamaq üçün hazırlaşır.

O deyib: Mən həmişə alimləri və şeyxlərinin elm və dinə xidmət edən bir ölkənin şəhərlərini görmək üçün müştağam. Çalışacam səfər çərçivəsində İraqın tarixi əsələrini ziyarət edim və müxtəlif tayfalar ilə görüşüm.  

Şeyx Əhməd Təyyib vurğulayıb: İslamın əsas hədəfi ümmətin birliyi və həmrəyliydir. Təhlükəsizlik, sabitlik və inkişaf üçün bizim vəhdət və birlikdən başqa bir yolumuz yoxdur. iqna / 3998316

captcha