IQNA

İmam Hüseyn (ə) hərəmində ƏRBƏİN ziyarəti üçün yeni məkanlar - Video

9:52 - September 22, 2021
Xəbər sayı: 3490789
İmam Hüseynin (ə) Müqəddəs Ziyarətgahının Mühəndislik və Texniki Layihələr Şöbəsi ziyarətgahın yaxınlığında və içərisində və yaxın ərazilərdə xidmətə veriləcək sahənin ölçüsünü elan edib.

İmam Hüseynin (ə) Müqəddəs Ziyarətgahının Mühəndislik və Texniki Layihələr Şöbəsi İmam Hüseynin (ə) Ərbəin ziyarətinin müqəddəs türbəsində yenidən canlanması zamanı ziyarətgahın yaxınlığında və içərisində və yaxın ərazilərdə xidmətə veriləcək sahənin ölçüsünü elan edib.

Mühəndis Mehdi Əl-Qazvini bu barədə verdiyi açıqlamasında bunları deyib: “Ali mərcəiyyətin nümayəndəsi və qanuni qəyyumu Şeyx Əbdül Mehdi Əl-Kərbəlayinin tapşırığı ilə ziyarətçilərə ən yaxşı xidmətlərin göstərilməsi üçün çalışırıq və bu xidmətlər arasında zəvvarları qəbul etmək üçün geniş ərazilərin təmin edilməsidir. Bu xidmətlər arasında mümkün qədər çoxlu ziyarətçini yerləşdirmək, yürüş prosesini asanlaşdırmaq və xüsusilə də milyonların ziyarət mərasimlərini yerinə yetirmək üçün geniş ərazilərin təmin edilməsi var.

İmam Hüseynin (ə) pak hərəminin ziyarətçilərin xidmətində olmaq üçün müqəddəs ziyarətgahın içərisindəki 3 sərdabə (zirzəmi) Ərbəin ziyarəti zamanı açılacaq. Birinci, sahəsi 1300 m2 olan Əl-Həccə sərdabəsidir. İkinci sərdabə 850m2 sahəsi olan Bab əl-Ras, üçüncü zirzəmi 1500m2 sahəsi olan Şühəda sərdabəsidir.

Aqilə Zeynəb (s.ə) səhni layihəsi müvəqqəti olaraq xidmətə veriləcək, bunun bir hissəsi olaraq könüllülərin yerləşdirilməsi üçün ayrılacaq. Belə ki, könüllülərin sayı 8000 nəfərdir. Burada itkin düşənlər üçün bir mərkəz və katibliklər üçün xüsusi bölmə ayrılacaq.

Layihə daxilində yerləşən Əl-Şühəda küçəsinin bir hissəsinin ziyarətçilərə tam açılacağı bildirilib.

Aqilə Zeynəb (s.ə) səhni layihəsi çərçivəsində, Bab Əl-Qibla küçəsində 1000 m2 çox olan bir həyət də müvəqqəti açılacaq.

Bununla yanaşı, yemək təmin etmək kimi xidmətlərin göstərilməsinə həsr ediləcək və ziyarətçilərin hərəkətini asanlaşdıracaq digər küçələrin açılıması da nəzərdə tutulub.

Ərbəin ziyarəti, İraqın içərisindən və xaricindən Kərbəlaya gəldikləri üçün milyonlarla ziyarətçinin qatıldığı dünyanın ən böyük insan toplantılarından biridir. Buna görə də, İmam Hüseynin (ə) müqəddəs ziyarətgahı illərdir ki, ziyarətçiləri qəbul etmək və onların hərəkətini asanlaşdırmaq üçün geniş sahələr açır və müxtəlif xidmətlər göstərir. / imamhussain / deyerler

kod
captcha