Fransada Dövlət Şurası ölkədə İslam və müsəlmanlara qarşı ayrı-seçkiliklə mübarizə aparan təşkilatlardan biri olan Fransada islamofobiya Əleyhinə Kollektivin bağlanmasını təsdiqləyib.
Fransada İslamofobiya Əleyhinə Kollektivin (CCIF) ləğvindən məsul vəzifəli şəxsin verdiyi açıqlamada Dövlət Şurasının CCIF-in bağlanmasını təsdiq etdiyi bildirilib.
Dövlət Şurasının qərarını qınanan açıqlamada bu qərarın Fransada zülmkarlıq və özbaşınalığın institutlaşmasında əhəmiyyətli bir dönüş nöqtəsi olacağı vurğulanıb.
Açıqlamada qərarın fikir cinayətlərinə yol açacağından narahat olduqları qeyd edilərək, CCIF-ə qarşı yeganə və əsas şikayətin qurumun islamofobiya tərifi olduğu ifadə edilib.
"Bu qərarın forması, məzmunu və əhatə dairəsi qanunun aliliyinə bağlı olan bütün vətəndaş cəmiyyəti üzvlərini həyəcanlandırmalıdır", - deyə ifadə olunan açıqlamada CCIF-in 17 illik mövcudluğu dövründə rəsmi qurumlar tərəfindən bir dəfə də olsun mühakimə və ya ittiham olunmadığı vurğulanıb. /AA