IQNA

Kərbəlada “Əsirlər karvanı”nın gəlişini əks etdirən şəbeh səhnələri

11:01 - September 26, 2021
Xəbər sayı: 3490820
Kərbəlada iki müqəddəs ziyarətgah arasında İmam Hüseynin (ə) matəm alaylarının yürüşləri davam edir.

Ötən gün (25 sentyabr) İmam Hüseynin (ə) və qardaşı Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahlarının ətrafından keçən matəm alayları Aşura faciəsindən 40 gün sonra Kərbəlaya qayıdan İmam Hüseynin (ə) ailəsinin vəziyyətini təcəssüm etdirən səhnələrin şəbeh səhnəciyini təşkil ediblər.

Qeyd edək ki, Seyid ibn Tavus öz kitabında yazır: “İmam Hüseynin (ə) əhli-beyti Şamdan Mədinəyə yola salındıqdan sonra, onlar (Mədinə və) İraq arasındakı iki yolayrıcına çatdıqda sarbana dedilər:

“Bizi Kərbəlaya apar!” Karvandakılar Kərbəlaya çatdıqda, İmam Hüseyni (ə) ziyarət üçün Kərbəlaya gəlmiş Cabir ibn Abdullah Ənsarini, Bəni-Haşimdən olan bir dəstəni və Peyğəmbər (s) ailəsinin digər üzvlərini orada gördülər. Bu iki dəstə bir gündə qarşılaşdılar.

Onlar göz yaşları içində bir-biri ilə görüşüb, qəm-qüssə, matəm məclisi qurdular. Kərbəla qonşuluğundakı kənd sakinləri də onlara qoşuldular və orada bir neçə günlük matəm məclisi təşkil olundu”. / imamhussain

        

captcha