IQNA

Şəhid Süleymani bayrağı zəvvarların çiyinlərində Beynul Hərəmeynə gətirildi

11:32 - September 26, 2021
Xəbər sayı: 3490823
Həşduş Şəbi təşkilatının əzadarlıq heyəti Beynul Hərəmeyndə şəhid Hacı Qasım Süleymani və şəhid Əbu Mehdi Mühəndisin şəkillərini əks etdirən böyük bayraqlarla şəhidlərin xatirəsini anıblar.

İraqın Əl-Həşduş Şəbi (Xalq Səfərbərlik) təşkilatının zəvvar karvanına qatılanların böyük izdihamı, Beynul Hərəmeyndə şəhid Hacı Qasım Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisin şəkillərini əks etdirən böyük bayraqlar daşıyaraq, bu böyük şəhidlərin xatirəsini anıblar.

Ərbəin ziyarəti yaxınlaşdıqca, koronavirus məhdudiyyətlərinə baxmayaraq, İraqın hər yerindən və bəzi xarici ölkələrdən olan İmam Hüseyn (ə) sevdalıları əvvəlki illərdə olduğu kimi, İmamın (ə) Kərbəladakı müqəddəs hərəminə doğru yürüş edirlər.

Bu günlərdə, Kərbəla əvvəlki illərdə olduğu kimi İmam Hüseynin (ə) müqəddəs hərəmini ziyarət etmək üçün gələn milyonlarla zəvvarın ev sahibidir.

İraqın müdafiə nazirinin sözlərinə görə, bu il İmam Hüseynin (ə) Ərbəin mərasiminin təhlükəsizliyinin əsas sütunlarından biri olan İraq Əl-Həşduş Şəbi təşkilatı Kərbəla zəvvarları üçün təhlükəsizlik və xidmət rolunu oynamaqla yanaşı, bu il “Ümmət Əl-Həşd” adlı bir ziyarət karvanı ilə əza saxlayacaq.

kod

Bu il şəhadətlərinin ikinci ili İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı şəhid general-leytenant Hacı Qasım Süleymani və Əl-Həşduş Şəbi təşkilatının başçısının müavini şəhid Əbu Mehdi Əl-Mühəndisi sevən xeyli sayda İmam Hüseyn (ə) aşiqi bu il Ərbəinə qatıla bilməsə də, onların xatirəsi keçən il olduğu kimi bu müqəddəs yerdə bu il də anılıb.

Sentyabrın 24-ü cümə günü Beynul Hərəmeyndə və İmam Hüseynin (ə) pak hərəmində şəhid Hacı Qasim Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisin təsvirləri həkk olunmuş böyük bayraqları daşıyan Əba Abdullah Əl-Hüseyn (ə) aşiqləri və müqavimət üzvlərinin çox möhtəşəm əzadarlıq yürüşünün şahidi olublar. Yürüş iştirakçıları bu şəhidlərin şəkillərini paltarlarına yapışdıraraq, əllərində Əl-Həşduş Şəbinin bayraqlarını və İŞİD üzərində qələbə əldə etmiş şəhid komandirlərin plakatlarını tutaraq müqəddəs məkanda yürüş ediblər. / Pnews TV

 

 

captcha