IQNA

İran oktyabrın 23-dən quru sərhədlərini açır

8:16 - September 28, 2021
Xəbər sayı: 3490834
Sərhədlərdən giriş-çıxış üçün hava nəqliyyatında olduğu kimi turistlər peyvənd paspotu və PCR analizi təqdim etməli, eləcə də İranın Səhiyyə Nazirliyinin sağlamlıq protokollarına əməl etməlidilər.
İran Aban ayının 1-dən (oktyabrın 23-dən) turistlər üçün sərhədərini açır.
19 aylıq fasilədən sonra İran prezidenti  Seyid İbrahim  Rəisi  Nazirlər Kabinetinin iclasında İrana səfər etmək üçün vizaların verilməsi və quru sərhədlərdən turistlərin gediş – gəlişi üçün lazimi infrastrukturun hazırlanmasına göstəriş verib. 
Bunu İranın mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərğami deyib. 
O bildirb ki,  artıq aidiyyatı qurumlara o cümlədən sərhəd buraxılış məntəqələrinə bununa bağlı göstəriş verilib. 
Məlumatda qeyd olunur ki, sərhədlərdən giriş-çıxış üçün hava nəqliyyatında olduğu kimi turistlər peyvənd paspotu və PCR analizi təqdim etməli, eləcə də  İranın Səhiyyə Nazirliyinin sağlamlıq protokollarına əməl etməlidilər. 
Məlumata görə, oktyabr ayının 23-dən İranın Xuzestan əyalətində Şələmçə (İraq), İlam əyalətində Mehran (İraq), Qərbi Azərbaycan əyalətində Poldəşt (Naxçıvan MR), Kirmanşah əyalətində Pərvizxan (İraq, Kürdistan), Qərbi Azərbaycan əyalətində Təmirçin (İraq), Qərbi Azərbaycan əyalətində Bazərqan və Sərv (Türkiyə), Şərqi Azərbaycan əyalətində Culfa (Naxçıvan MR), Ərdəbil əyalətində Biləsuvar (Azərbaycan Respublikası), Gilan əyalətində  Astara ( Azərbaycan), Xorasan Rəzəvi əyalətində  Doğarun (Əfqanıstan), Şərqi Azərbaycanın Nurduz (Ermənistan) və Sistan Və Bəluçistan əyalətində Mircavə (Pakistan) sərhələrində fəaliyyət bərpa olunacaq. 
Quru sərhədlərindən ictimai və şəxsi avtomobillərlə də gediş -gəlişə icazə veriləcək. 
Qeyd edək ki, bundan öncə, Sentyabr ayının əvvəllərindən İran və Türkiyə arasındakı əsas sərhədlər açılmışdı. / maide.az
captcha