IQNA

FACEBOOK sosial şəbəkəsi anti-Fələstin siyasət yürüdür

8:00 - October 10, 2021
Xəbər sayı: 3490933
İnsan Hüquqları Nəzarətçisi "Facebook" sosial şəbəkə şirkətini anti-Fələstin siyasət yürütməkdə və Fələstin xalqının hüquqlarının pozulmasına aid materialları sosial şəbəkədən silməkdə günahlandırır.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İnsan Hüquqları Nəzarətçisi "Facebook" sosial şəbəkə şirkətini anti-Fələstin siyasət yürütməkdə və Fələstin xalqının hüquqlarının pozulmasına aid materialları sosial şəbəkədən silməkdə günahlandırır.

İnsan Hüquqları Nəzarətçisi hesabatda bildirib ki, Facebook cari ildə və son aylarda Fələstinə aid materialları və həmçinin Qəzza və Qüdsdə baş verən cinayətlər barədə paylaşımları sosial şəbəkədən silib.

Facebook şirkətinin bir hissəsi olan İnstagram şəbəkəsi Fələstinli istifadəçilərin hesablarını və Fələstin barədə paylaşılan milyonlarla yazını silib.

Facebook-un sözçüsü elan edib ki, "əl-Əqsa" həştağına səhvən məhdudiyyət qoyulub və səhv üzə çıxandan sonra məhdudiyyət götürülüb.  

Hesabatda deyilir: Facebook bu səhvinə etiraf edib, bəzi məsələləri islah edib, amma Fələstinə qarşı qoyulan məhdudiyyətlərin dairəsi barədə məlumat verməyib və həmçinin bu hadisənin baş verməsi barədə kifayət qədər dəlil göstərməyib. Bu şirkətdən tələb edilir ki, sosial şəbəkədə Fələstin xalqına qarşı həyata keçirdiyi ayrıseçkilik siyasəti barədə açıqlama versin. / 4003489

captcha