IQNA

İmam Rzanın (ə) mübarək hərəminin bayrağı dəyişdirildi - FOTO

17:02 - October 10, 2021
Xəbər sayı: 3490935
Bu gün (Rəbiül-əvvəl ayının 3-ü) səhər Məşhəd şəhərində yerləşən İmam Rzanın (ə) mübarək hərəminin günbəzi üzərindəki qara bayraq 2 aylıq matəm günlərindən sonra, yaşıl bayraqla əvəzlənib.
Bu gün (Rəbiül-əvvəl ayının 3-ü) səhər Məşhəd şəhərində yerləşən İmam Rzanın (ə) mübarək hərəminin günbəzi üzərindəki qara bayraq 2 aylıq matəm günlərindən sonra, yaşıl bayraqla əvəzlənib.
Maide.Az xəbər verir ki,  hərəmin günbəzinin üzərindəki bayrağın, minarələrinin və İmam Rzanın (ə)  zərihinin qara örütüyünün dəyişdirilməsi üçün o həzrətin hərəmində xüsusi mərasim keçirilib. 
Hərəmin xadimlərinin, alimlərin və zəvvarların iştirak etdiyi mərasimdə, bayrağın dəyişdirilməsi mərasimi xüsusi dualarla həyata keçirilib.
Həmçinin müqəddəs hərəmin bütün eyvanlarındakı qara bayraqlar toplandı, zərih və ətraf eyvanlar güllərlə bəzədildi. 
Qeyd edək ki, İmam Rzanın (ə) hərəminin günbəzinin bayrağının dəyişdirilməsi mərasimi İmam Rzanın şəhadətindən 3 gün sonra Rəbiül-əvvəl ayının 3-də həyata keçrilir. Matəm bayrağı hərəmin günbəzində Məhərrəm-Səfər əyyamı ərizində 63 gün dalğalanır.  
 
  
 
 
 
 
 
 
 
 
 

 

Teqlər: İmam rza ، hərəm ، bayraq
captcha