IQNA

İŞİD Qəndəhardakı qanlı terrorun məsuliyyətini öz üzərinə götürdü

11:42 - October 16, 2021
Xəbər sayı: 3490989
Qəndəhar əyalətində yerləşən “Fatimiyyə” məscidində cümə namazı əsnasında 2 terrorçu-kamikadze özünü partladıb. Nəticədə 62 şiə müsəlman həyatını itirib, 88 nəfər isə yaralanıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ötən gün (Cümə, 15 Oktyabr 2020) Əfqanıstanda törədilən qanlı terror aktının məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Xatırladaq ki, ötən gün Qəndəhar əyalətində yerləşən “Fatimiyyə” məscidində cümə namazı əsnasında 2 terrorçu-kamikadze özünü partladıb. Nəticədə 62 şiə müsəlman həyatını itirib, 88 nəfər isə yaralanıb.

Qeyd edək ki, ötən həftə də İŞİD terrorçuları Qunduz əyalətində yerləşən məsciddə şiə müsəlmanlara qarşı terror aktı törətmişdilər. Nəticədə yüzdən çox müsəlman qətlə yetirilmişdi. / 4005189

captcha