“Taliban” tezliklə qızlara orta məktəbə getməyə icazə verəcəyinə dair söz verib.
Bu barədə UNICEF rəsmisi Ömər Əbdi bildirib. Əbdi ötən həftə Kabilə səfər etmişdi.
Onun sözlərinə görə, “Taliban”-ın təyin etdiyi səhiyyə naziri BMT rəsmisini inandırıb ki, “Taliban” bütün qızlara 6-cı sinifdən sonra təhsillərini davam etdirməyə imkan verən “çərçivə prinsipləri” üzərində çalışır. Həmin “prinsiplər” 1-2 ay ərzində dərc edilməlidir.
“İndi – mən sizinlə danışarkən orta məktəb yaşındakı milyonlarla qız 27-ci gündür ardarda təhsil almır”, – deyə Əbdi qeyd edib.
“Gözlədiyimiz hər bir gün məktəbə getməyən qızlar üçün itirilmiş bir gündür”, – deyə o əlavə edib.
BMT rəsmisi deyib ki, Əfqanıstanın 34 əyalətindən 5-i – Bəlx, Cauzcan, Səmənqan, Qunduz və Uruzqan artıq qızların orta məktəbə getməsinə icazə verib. / Şəfəqna