IQNA

Məscidul-Həram və Məscidun-Nəbi tam azad ibadətə açılır

18:20 - October 16, 2021
Xəbər sayı: 3490993
Səudiyyə rejimi Məkkədəki Məscidul-Həram və Mədinədəki Məscidun-Nəbinin oktyabrın 17-dən etibarən tam gücü ilə ibadət üçün açılmasına icazə veriləcəyini açıqlayıb.

Səudiyyə rejimi Məkkədəki Məscidul-Həram və Mədinədəki Məscidun-Nəbinin oktyabrın 17-dən etibarən tam gücü ilə ibadət üçün açılmasına icazə veriləcəyini açıqlayıb.

Səudiyyə rejimi koronavirus (Kovid-19) tədbirlərini yumşaldılması istiqamətində işləri davam etdirir. Bu işlər çərçivəsində Məkkədəki Məscidul-Həram və Mədinədəki Məscidun-Nəbinin tam gücü ilə ibadət üçün açılmasına icazə veriləcəyi açıqlanıb.

Səudiyyə rejiminin KİV-lərinin Daxili İşlər Nazirliyinin məmuruna əsaslanaraq yaydığı xəbərdə, gələn bazar günündən etibarən 2 doza peyvənd vuranlar üçün tədbirlərin yüngülləşdiriləcəyi, açıq yerlərdə maska tələbi və məsafə qaydasının qaldırılacağı bildirilib.

İctimai yerlərdə, ictimai nəqliyyatda, restoranlarda, kinoteatrlarda və digər oxşar yerlərdə tutum məhdudiyyətinin yığışdırılmasında da qərar verildiyi bildirilib. Şadlıq saraylarında və oxşar yerlərdə tədbirlərin sayı məhdudlaşdırılmadan keçirilə biləcəyi və bu cür tədbirlərdə iştirak etmək üçün 2 doza peyvənd tələb olunacağı qeyd edilib. Qaydaların epidemiyanın inkişafından asılı olaraq dəyişə biləcəyi də bildirilib. / 4005209

captcha