IQNA

Şeyxul-Əzhər: Peyğəmbərin (s) miladı insanlığın ən ali kamalının bayramıdır

22:52 - October 17, 2021
Xəbər sayı: 3491006
Əhli-Sünnə tarixi qaynaqlarına əsasən, sabah, Oktyabr ayının 18-i (11 Rəbiul-Əvvəl 1443 hq) əziz İslam peyğəmbəri Həzrət Məhəmməd Mustafanın bərəkətli mövlud günü və vəhdət həftəsinin başlanğıcıdır.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əhli-Sünnə tarixi qaynaqlarına əsasən, sabah, Oktyabr ayının 18-i (11 Rəbiul-Əvvəl 1443 hq) əziz İslam peyğəmbəri Həzrət Məhəmməd Mustafanın bərəkətli mövlud günü və vəhdət həftəsinin başlanğıcıdır.

Peyğəmbərin (s) mövludu münasibəti ilə keçirilən bayram tədbirində iştirak edən Şeyx Əhməd Təyyib - Misrin əl-Əzhər İslam Elmləri Akademiyasının rəhbəri, deyib: Bizim Xatəmul-Ənbiya Həzrət Məhəmməd Mustafa (s) üçün mövlud bayramı keçirməyimiz sıradan böyük insanlar üçün ki, onların tarixdəki rolu tamamlanıb, keçirilən mövlud və anım mərasimləri kimi deyil, bu fərqli bir bayramdır.

Misr prezidenti Əbdül-Fəttah Sisinin də iştirak etdiyi mərasimdə çıxış edən əl-Əzhər şeyxi vurğulayıb: : "Peyğəmbərin (s) miladı bayramı Nübuvvət, İlahi vəhy, göyün yer üzündə səfirliyi, insanın ən yüksək kamala ucalması və İlahi əzəmətin yer üzərində ən gözəl cilvəsinin bayramıdır".

O əlavə edib: Bu bayram insanların bacardığı və tutumu qədər İlahi əxlaq ilə bəzənməyin bayramıdır. O ilahi əxlaq ki, bütün peyğəmbərlərin yaradılışı və fitrətində təcəlli edib və Allah-Taala onları inhiraf və şeytani vəsvəsələrdən qoruyub, onların vücudunu həqiqət, rəhmət və yaxşılıqlarla doldurub.

Əhməd Təyyib bildirib ki, bizim Peyğəmbərimiz (s) Meracda daha uca məqama çatıb. Elə bir məqama çatıb ki, bütün fəzilət və ədəblərdə kamil insan nümunəsi hesab edilir.

Səhabələri onu xoş təbiətli, yumuşaq, mehriban, ədəbli danışan, küçə və bazarda belə ahəstə danışan, pisliyə yaxşılıqla cavab verən, tez əfv edən bir insan kimi vəsf ediblər. / 4005845

captcha