IQNA

Müsəlmanlar Nyu-Yorkda yüzlərlə ehtiyaclının əlindən tutdular

18:09 - October 18, 2021
Xəbər sayı: 3491014
Nyu-Yorkdakı yüzlərlə ehtiyaclı insan pulsuz şəkildə ərzaq, dəftərxana ləvazimatları, dərmanlar əldə edə, həmçinin ödənişsiz şəkildə bərbər və həkim xidmətlərindən də faydalana biliblər.

Şənbə günü ABŞ müsəlmanları “Ləyaqət günü” münasibəti ilə böyük tədbir təşkil ediblər.

Nyu-Yorkdakı yüzlərlə ehtiyaclı insan pulsuz şəkildə ərzaq, dəftərxana ləvazimatları, dərmanlar əldə edə, həmçinin ödənişsiz şəkildə bərbər və həkim xidmətlərindən də faydalana biliblər.

“Ləyaqət günü” yoxsulluqla üzləşmiş insanların heç kəsə müraciət etmədən lazım olan hər bir şeyi əldə edə bilmələrinə yönəlib.

Ehtiyaclılara kömək etmək və ictimaiyyətə ən yaxşı şəkildə xidmət etmək üçün bir araya gəlmək – bizim ən birinci məqsədimizdir”, – deyə “Staten-Aylend Müsəlman Bacıları” ictimai təşkilatının qurucusu Səfiyə Əbdül-Qəvi bildirib.

Xeyriyyə aksiyası çərçivəsində ümumilikdə 300-dən çox insana yardım edilib. / Şəfəqna

captcha