IQNA

Müsəlman qadın 85 yaşında xəyalını gerçəkləşdirərək İslam İnstitutunu bitirib

7:32 - October 19, 2021
Xəbər sayı: 3491018
Gəncliyində məktəbi tərk etmək məcburiyyətində qalan 85 yaşlı Fələstinli müsəlman xanım Cihad Battu, qocalığına baxmayaraq dini təhsil üzrə bakalavr dərəcəsi almağı bacarıb.

Gəncliyində məktəbi tərk etmək məcburiyyətində qalan 85 yaşlı Fələstinli müsəlman xanım Cihad Battu, qocalığına baxmayaraq dini təhsil üzrə bakalavr dərəcəsi almağı bacarıb.
Battu 1936-cı ildə İordan çayının qərb sahilindəki Nablus şəhərində anadan olub.

Cihad 1948-ci ildə, Fələstinlilərin kütləvi şəkildə sürgün edildiklərinə qədər, Nazaret yaxınlığındakı məmləkətdə Mucaydil məktəbində oxuyub. Elə həmin il anası xəstələnib və bu da qızın məktəbi tərk etməsinə səbəb olub.
1954-cü ildə Cihad ailə həyatı qurur və beş övlad dünyaya gətirir. Ancaq öyrənmək arzusu heç vaxt içində sönmür.

O, Ərəb, İngilis və İvrit dillərində bir neçə dil kursu və riyaziyyat kursları keçməyi bacarır. 81 yaşında olan Fələstinli qadın hələ də təhsilinə həvəsli olduğundan ali təhsil almaq qərarına gəlir.
Yerli bir sayta verdiyi müsahibədə Cihad, İslamı sevdiyi üçün Din Araşdırmaları İnstitutunu seçdiyini söyləyərək "Gecələr çox-çox çalışdım" deyə bildirib.
85 yaşında Cihad, bakalavr dərəcəsi alaraq məzun xalatı geyinərək xəyalını gerçəkləşdirib. “Ətrafımdakı insanlara öyrəndiklərimi öyrədəcəyəm" deyə  85 yaşlı məzun bildirib. / islam.ru

captcha