IQNA

Pakistanda "Rəsullullahın (s) Mövludu 38. Beynəlxalq Toplantısı" keçirildi

10:40 - October 21, 2021
Xəbər sayı: 3491036
Toplantıda müxtəlif İslami məzhəblərin nümayəndələri, İslami şəxsiyyət və mütəfəkkirlər iştirak edərək İslam ümmətinin vəhdəti və birliyinin zəruriliyini vurğulayıblar.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sevimli İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) mübarək mövludu münasibəti ilə Pakistanın Lahur şəhərində Minhacul-Quran müəssisəsinin təşəbbüsü ilə "Rəsullullahın (s) Mövludu 38. Beynəlxalq Toplantısı" keçirilib.

Toplantıda müxtəlif İslami məzhəblərin nümayəndələri, İslami şəxsiyyət və mütəfəkkirlər iştirak edərək İslam ümmətinin vəhdəti və birliyinin zəruriliyini vurğulayıblar.

Peyğəmbərin (s) mövludu münasibəti ilə təşkil edən toplantı Lahur şəhərinin Minarə qülləsində keçirilib.

Toplantıda İran İslam Respublikasının Lahur şəhərindəki Mədəniyyət Əlaqələri Mərkəzinin məsulları və konsulluq işçiləri də iştirak ediblər.  

Toplantıya Kanadanın Beynəlxalq Mincahul-Quran Təşkilatının rəisi Əllamə Tahir Qadiri, Lahurun Ürvətul-Vüsqa Cəmiyyətinin sədri Seyid Cavad Nəqəvi, Lahur Padşahlıq Məscidinin xətibi Əllamə Əbdül-Xəbir Azad və Beynəlxalq Mincahul-Quran Təşkilatının sədr müavini Həsən Mühyiddin Qadiri çıxış ediblər. / 4006803

منهاج القرآن؛ مجری همایش میلاد النبی(ص) در پاکستان

 

منهاج القرآن؛ مجری همایش میلاد النبی(ص) در پاکستان

captcha