IQNA

Əlcəzairdə 23-cü Milli Quran Həftəsinin açılışı

10:10 - October 27, 2021
Xəbər sayı: 3491063
Əlcəzairdə 23-cü Milli Quran Həftəsi, dünən, oktyabrın 26-da prezident Əbdülməcid Təbunun xüsusi nəzarəti altında açılıb. Onun proqramları, oktyabrın 28-nə qədər, davam edəcək.

İQNA-nın "Əl-Nahar"-dan verdiyi xəbərə əsasən, Əlcəzairdə 23-cü Milli Quran Həftəsi, dünən, oktyabrın 26-da prezident Əbdülməcid Təbunun xüsusi nəzarəti altında açılıb. Onun proqramları, oktyabrın 28-nə qədər, davam edəcək.

Quranın əzbərlənməsi, təfsiri və qiraəti üzrə milli müsabiqənin keçirilməsi də, bu Quran tədbirinin proqramlarından biridir. Bu müsabiqənin qaliblərinə, bağlanış mərasimində hədiyyələr veriləcək.

Əlcəzairin dini işlər və vəqflər naziri Yusif Belmehdi, ölkədə Milli Quran Həftəsinin açılışında çıxışı zamanı deyib: "Bütün dövlət qurumları, cəmiyyət və vətəndaşlar arasında vətənə xidmət etmək, tərəqqi və firavanlıq naminə, xüsusən də ölkəmizə qarşı yönəlmiş çağırışlar və məkrli planlar qarşısında əməkdaşlıq çox mühümdür və bizim borcumuzdur."

O, milli maraqları şəxsi maraqlardan üstün tutmağa çağırıb. O, həmçinin milli ruhu zəiflədən amillərlə yanaşı, Əlcəzair vətəndaşları arasında parçalanma və qarşıdurma yaradan amillərə qarşı çalışmağın və ayıq-sayıq olmağın vacibliyini vurğulayıb.

4008249

captcha