IQNA

Video | İraqlı qarinin Peyğəmbərin (s) gözəl əxlaqı haqqında qiraəti

İraq Kürdüstanının Süleymaniyyə şəhərinin beynəlxalq və görkəmli qarisi Kuçer Ömər Əli, Peyğəmbərin (s) gözəl əxlaqı haqqında "Qələm" surəsinin 1-dən 7-yə qədər olan ayələrini oxuyub.

İQNA-nın verdiyi xəbərə əsasən, İraq Kürdüstanının Süleymaniyyə şəhərinin beynəlxalq və görkəmli qarisi Kuçer Ömər Əli, “İqrə” Quran Mərkəzinin qiraət və azan bölməsinin müdiridir.

Həmçinin bu bölgədə “Xal” adlı Beynəlxalq Qiraət Festivalının direktorudur. O, 1982-ci ildə İraq Kürdüstanının Süleymaniyyə şəhərində anadan olub. O, ümumi cərrahiyyə fakültəsinin məzunu və pediatrdır. Hazırda həkimlik fəaliyyəti ilə yanaşı, Quran qiraət edir.

1- Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki,
2- Sən (ya Rəsulum!) Rəbbinin neməti sayəsində divanə deyilsən!
3- Və həqiqətən, səni minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir!
4- Şübhəsiz ki, sən böyük bir əxlaqa maliksən!
5- (Tezliklə) sən də görəcəksən, onlar da görəcəklər,
6- Hansınızın divanə olduğunu!
7- Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yolda olanları da ən gözəl tanıyandır!

kod