İQNA xəbər verir ki, "Əl-Vətən"-ə istinadən xəbər verir ki, Qəzza İslam Universitetinin Hüquq fakültəsinin tələbələri, “Qurana ehtiram göstərək” adlı xeyriyyə layihəsində qədimi və zədələnmiş Quranları təmir edərək, Quran mərkəzlərinə hədiyyə ediblər.
Bu proqram, Qurana ehtiram göstərmək və müshəflərin (Quranların) zədələnməsinin qarşısını almaq niyyəti ilə həyata keçirilib. Onlar, təmir edildikdən sonra istifadə edilməsi üçün ehtiyacı olan insanlara verilib.
Qrupun lideri Dimə Əl-Misri vurğulayıb ki, təmirə ehtiyacı olan müshəflərin toplanması, bir həftə davam edəcək. Bu Quranlar, təmir edildikdən sonra ehtiyacı olanlar arasında və ya Quran hifzi mərkəzlərində paylanacaq.
O, universitetin qarşısında və binasının içərisində müsəflərin qəbulu üçün xüsusi qutuların yerləşdirildiyini diqqətə çatdıraraq deyib: "Bu təşəbbüs, tələbələr və başqaları tərəfindən çox yaxşı qarşılanıb."