IQNA

Rəqəmsal texnologiyaların Rus Kilsəsinin fəaliyyətinə təsiri

12:53 - November 07, 2021
Xəbər sayı: 3491151
Rəqəmsal texnologiyalar, Rus Pravoslav Kilsəsində mühüm ünsiyyət vasitəsidir. Bu Kilsə, onlayn və uzaqdan dini fəaliyyətlərdə mühüm rol oynamışdır.

İQNA, İranın Rusiyadakı Mədəniyyət Şurasına istinadən xəbər verir ki, Moskva yeparxiyasına bağlı kilsənin icma və KİV ilə əlaqə şurasının rəhbəri Vladimir Liqoid, deyib: "Korona epidemiyası zamanı insanlar canlı yayımlar vasitəsilə kilsə ilə əlaqə saxlayırdılar. Bu komendant saatı zamanı edilib. Ancaq şərtlər xüsusi idi və həmişə belə etmək olmaz. Çünki "Rəbbani İşa" (Rəbbin Şam yeməyi) və xütbə kimi mərasimlərdə fərdin kilsədə iştirakı zəruridir. Belə bir atmosfer rəqəmsallaşdırıla bilməz. Bu, həyatda vacib bir an hesab olunur."

O, əlavə edib ki, rəqəmsal texnologiyaların köməyi ilə xüsusi kilsə ayinlərini yerinə yetirmək mümkün deyil. Amma dindarların dini həyatında texnologiyalardan istifadə etmək olar.

Vladimir Liqoid, deyib ki, bəzi əsas kilsə ayinlərini bu texnologiyalar vasitəsilə yerinə yetirmək olmaz. Günah və ya savab yolunda istənilən alətdən istifadə etmək olar. Hər bir texnologiyanın sikkə kimi iki tərəfi var. Bir tərəfdən bizə bir imkan verir. Digər tərəfdən, bizi məhdudlaşdırır ya heç olmasa insanı nəzarət altında saxlayır.

4011166

captcha