IQNA

Alman müsəlmanları və kiberməkanda İslamofobya ilə mübarizə

19:25 - November 12, 2021
Xəbər sayı: 3491182
2017-ci ildə bir Alman telekanalı, Alman məscidləri ilə bağlı qalmaqallı reportaj yayımlamışdı ki, həmin reportaja çoxlu reaksiyalar verilmişdi. Tanınmış alman jurnalisti Konstantin Şrayber, bu hesabatda birtərəfli və İslama zidd baxışla məscidləri vəsf etmişdi.

İQNA, xəbər verir ki, bu, ilk dəfə deyildi ki, Alman mətbuatı məscidlər, İslam və müsəlmanlar əleyhinə birtərəfli xəbərlər dərc edirdi. Lakin Şrayberin hesabatı, Alman müsəlmanlarının səbrini daşırdı. Beləliklə, onlar Almaniya cəmiyyətinə məscidlərin və İslam inanclarının həqiqi çehrəsini təqdim etmək üçün “Məscid haqqında hesabatım” həştəqini yaratdılar.

Bu hərəkət, təkcə Almaniyada deyil, bir çox Avropa ölkələrində də diqqət çəkdi. İndi, dörd il sonra, jurnalist və politoloq Səid Zarək hesab edir ki, müsəlmanlar yenidən sosial mediada öz güclərindən istifadə etməlidirlər. Onun sözlərinə görə, Almaniyanın mühafizəkar mediası müsəlmanlara qarşı yazılar dərc etməyi dayandırmır.

Bəziləri hətta son vaxtlar Almaniyanın Köln şəhərində məscidlərdə azan səslərinin yayılmasını tənqid ediblər. Buna görə də, "İslamik" saytında analitik hesabatda Zarək, Almaniya kiberməkanında müsəlmanların varlığının vacibliyinə toxunub.

4012113

captcha