IQNA

Ciddədə "Rusiya və İslam dünyası" sammiti keçiriləcək

12:49 - November 15, 2021
Xəbər sayı: 3491201
Səudiyyə rəsmiləri, Ciddədə Rusiya-İslam Dünyası Strateji Baxış Qrupunun ikinci toplantısına ev sahibliyi etməyə hazırlaşır.

"İQNA", "Yuna"-ya istinadən xəbər verir ki, Məkkə əmiri Xalid əl-Feysəl, bazar günü Ciddə şəhərində Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin ictimai diplomatiya üzrə xarici işlər nazirinin müavini Fəhd Əbu əl-Nəsr ilə görüşüb. Onlar, Ciddədə keçiriləcək "Rusiya və İslam Dünyasının Strateji Baxış Qrupu"nun qarşıdakı toplantısını müzakirə ediblər.

Görüş zamanı o, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Rusiya və İslam Dünyası Strateji Baxış Qrupunun toplantısına ev sahibliyi etmək üçün görülən hazırlıqlar ilə bağlı izahatları dinləyib. Bu dəfə onun "Dialoq və əməkdaşlıq üfüqləri" adı altında noyabrın 24-də Ciddədə keçirilməsi planlaşdırılır.

Bu görüş, Səudiyyə Ərəbistanı kralının təşəbbüsü çərçivəsində dinlər və mədəniyyətlərin ardıcılları arasında dialoq üçün keçirilir.

"Rusiya və İslam Dünyası" Strateji Baxış Qrupu 2006-cı ildə Yevgeni Primakov Akademiyasının rəhbərliyi və Tatarıstanın birinci prezidenti Mintimer Şimeyevin göstərişi ilə fəaliyyətə başlayıb. Bu qrupun strukturuna dünyanın 33 müsəlman ölkəsindən ictimai və hökumət fəalları daxildir. Qrupa hazırda Tatarıstan prezidenti Rüstəm Minixanov rəhbərlik edir.

Putinin nəzərində Rusiya ilə müsəlman ölkələri arasında siyasi, mədəni, sosial və digər əməkdaşlığın inkişafı bu ölkə üçün xüsusi əhəmiyyət kəsb edir.

4013333

captcha