IQNA

"Nəhcül-Bəlağədə Quran məfhumları" mövzusunda təlim kursu

14:55 - November 21, 2021
Xəbər sayı: 3491238
Kərbəlada Həzrət Abbass (ə) Müqəddəs Astanına bağlı Qurani-Kərim Tədris Mərkəzi "Nəhcül-Bəlağədə Quran məfhumları" mövzusunda təlim kursu keçirir.

İQNA, "Əl-Kəfil" dünya kanalına istinadən xəbər verir ki, Həzrət Abbass (ə) Müqəddəs Astanına bağlı Qurani-Kərim Tədris Mərkəzinin direktoru Şeyx Cavad Əl-Nəsrəvi deyib: "Nəhcül-Bəlağədə Quran məfhumları" kursu, bu mərkəzin və İraq əyalətlərindəki digər şöbələrinin 30-dan çox ustadlarının iştirakı ilə keçiriləcək. Bu kursun məşğələlərinin cümə axşamı axşamları Həzrət Abbasın (ə) hərəminin yaxınlığında keçirilməsi planlaşdırılır."

Ən-Nəsrəvi, daha sonra izah edib ki, bu kurs Nəhcül-Bəlağədə Quran məfhumlarını araşdıran ilk təlim kursudur. Onun ustadları Quran və Nəhcül-Bəlağənin mütəxəssisləri və hafizlərdir.

4014975

captcha