IQNA

Türkiyədə 450 illik əlyazma Quran nüsxəsi tapılıb

13:24 - November 24, 2021
Xəbər sayı: 3491254
Konya əyalətinin rəsmiləri, əyalətdə Osmanlı dövrünə aid 450 illik Qurani-Kərimin tapıldığını açıqlayıb.

İQNA, "TRT"-nin ərəb bölümünə istinadən xəbər verir ki, Konya vilayətinin rəsmiləri, vilayətdə 16-cı əsrə və Sultan Səlimin hakimiyyəti dövrünə aid tarixi Qurani-Kərimin tapıldığını açıqlayıb. İndiki Konya vilayətinin Qarapınar rayonundakı məsciddə olan bu Qurani-Kərim, Sultan Səlim tərəfindən məscidə bağışlanmışdır.

Bu nüsxənin əvvəlində nəstəlik xətti ilə nəfis bir əlyazma qeyd edilib. Daha sonra nəsx xətti ilə vəqf tarixi və onun qısa izahı yazılıb. Bu əlyazmada Quranın mətni nəsx xəttilə yazılmışdır. Hər səhifədə ayələr düzbucaqlının içərisində yazılmışdır. Bu əlyazmanın haşiyələri boşdur. Amma hər səhifənin yazı yeri qırmızı mürəkkəblə çəkilib. mətni qara mürəkkəblə yazılmışdır. Təəssüf ki, bu nəfis nüsxənin yalnız 10 hissəsi qalıb və digər hissələrin taleyi məlum deyil.

Bu nəfis əlyazma indi qorunmaq üçün xüsusi şüşə qabda saxlanılır və ictimaiyyətə göstərilir.

4015761

captcha