IQNA

Müsəlmanların Uqanda terror hadisələrində günahlandırılması ilə bağlı xəbərdarlıq

15:25 - November 24, 2021
Xəbər sayı: 3491258
Uqanda partiyalarından birinin sözçüsü, ölkədə baş verən son terror aktlarından sonra müsəlmanlara qarşı ayrı-seçkiliyə və ləkələməyə qarşı xəbərdarlıq edərək deyib: "Uqanda müsəlman icması, son terror aktlarında əli olduğu iddiasına görə təşviş içindədir."

"İQNA", "Monitor"-a istinadən xəbər verir ki, Demokratik Dəyişiklik Forumunun (FDC) sözçüsü İbrahim Ssemujju Nqanda, mətbuat konfransında bildirib: "Uqanda müsəlman icması, son terror aktlarında əli olduğu iddiasına görə təşviş içindədir."

O, deyib ki, Məscidlər ekstremizmin mərkəzləri kimi tanıtdırılır. Təhlükəsizlik işçilərinin bu müsəlman ibadət yerlərinə hücum etməyə başlayacağı ilə bağlı qorxular var.

Uqanda prezidentinin son açıqlamalarını tənqid edərək deyib: "Yuri Mussoni, indi İslam dininin şərh və təfsirçisinə çevrilib. O, özünü dini anlayışlar üzrə mütəxəssis hesab edir və bu söhbət dayandırılmalıdır."

Mussoni, həftəsonu çıxışında terror aktlarında iştirak edənlərin islami adlar daşıdığını bildirmişdi.

Nqanda, qeyd edib ki, məscidlərə hücum etmək, dini məktəblərdə oxuyanları həbs etmək ayrı-seçkiliyin bir formasıdır. Təhlükəsizlik orqanları bu məsələdə çox diqqətli olmalıdırlar. Çünki bunlar İslam adlarından istifadə edən ilk cinayətkarlar deyil.

Qeyd edək ki, çərşənbə axşamı Uqandanın paytaxtı Kampalada baş verən üç partlayış nəticəsində azı 3 nəfər ölüb, onlarla insan yaralanmışdı. Bu üç partlayışı törədənlər hər üç kamikadze olub.

4015674

Teqlər: müsəlman ، Uganda ، terror ، terror aktı ، İslam ، quran
captcha