IQNA

"Zorakılığın qarşısının alınmasında Quran mərkəzlərinin rolu" mövzusunda seminar

21:40 - December 01, 2021
Xəbər sayı: 3491293
İordaniyanın Ərbəd şəhərində "Zorakılıq və ekstremizmin qarşısının alınmasında Quran mərkəzlərinin rolu" mövzusunda seminar keçirilib.

"İQNA", "Kənanə News"-a istinadən xəbər verir ki, İordaniyanın Vəqflər və İslam İşləri Nazirliyinin Dini Təhsil Müdiri Hatəm Səhimat, Ərbəd şəhərinin sosial profilaktika şəbəkəsi tərəfindən təşkil olunmuş bu təlim seminarının keçirilməsinə dəstək verərək vurğulayıb: "Qurani-Kərim insanın nəfsini təmizləyir və insanı pis əməllərdən qoruyur."

O, Quranı ayələrin mənaları üzərində düşünərək və əməl etməklə oxumağın vacibliyini vurğulayaraq deyib: "Allahın Kəlamı, həyatın qanunu və yaşam metodur. Ekstremistlərin öz dağıdıcı planlarına çatmaq üçün din adından istifadə etməyə çalışdıqları bir şəraitdə Quran mərkəzləri gənclərin dini hisslərini formalaşdırmaq və gücləndirmək üçün də etibarlı sığınacaq yeridir."

O, əlavə edib ki, Qurani-Kərim hər cür zorakılığa qarşıdır. Quran, insanları birlik, aramlıq və təhlükəsizliyə sahib bir cəmiyyət qurmağa dəvət edir.

Seminarın sonunda iştirakçılarla sual-cavab sessiyası keçirilib. Dr. Səhimat dinləyicilərin seminarın mövzusu ilə bağlı suallarını cavablandırıb.

3491293

captcha