"İQNA", "Əl-vifd"-ə istinadən xəbər verir ki, Misirin Vəqflər Nazirliyi, dekabrın 11-dən 15-dək keçirilməsi planlaşdırılan 28-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsinə hazırlıq iclasının keçirildiyini açıqlayıb. Bu iclasa vəqflər naziri doktor Məhəmməd Muxtar Cümə, sədrlik edib. Orada Qurani-Kərim yarışlarının bu dövrəsinin yeni cəhətlərindən danışılıb. Misir Vəqflər Nazirliyi, 28-ci Ümumdünya Qurani-Kərim yarışmasında Misirin daxilindən və xaricindən 74 iştirakçının və 12 hakimin iştirak edəcyini bildirib.
Vəqflər naziri doktor Məhəmməd Muxtar Cümə, Misirin Qurana xidmətdə öncül olması çərçivəsində 28-ci Ümumdünya Qurani-Kərim Yarışması üçün mükafat olaraq bir milyon funt sterlinq ayrıldığını daha əvvəl elan etmişdi.
Digər tərəfdən, bu yarışmanın 1969-cu ildə vəfat etmiş Misirli məşhur qiraətçi Şeyx Məhəmməd Siddiq əl-Menşavinin şərəfinə adlandırılması qərara alınıb. Bu, Misirdə Quran hafizlərinin təqdir olunması, qiraət ənənəsinin dirçəldilməsi və eləcə də ölkənin Vəqflər Nazirliyinin Qurani-Kərimə diqqət yetirməsini göstərir.