"İQNA", "Hil"-ə istinadən xəbər verir ki, bu gün Amerika-İslam Münasibətləri Şurasının (CAIR) təşkil etdiyi virtual mərasimdə Konqresin müsəlman üzvü İlhan Ömərin mükafat alması planlaşdırılır. Ona, Amerika Müsəlmanlarına İlin Xidmətçisi kimi təşəkkür ediləcək.
"CAIR" bəyan edib ki, Ömər ümumi xidmətlərinə və Konqres üzvlərinin İslam əleyhinə qərəzləri qarşısında göstərdiyi cəsarətə görə mükafata layiqdir.
Həmçinin bildirilib ki, onun gördüyü işlər təkcə seçicilərinin mənafeyinə uyğun deyil, cəmiyyətimizə, millətimizə örnəkdir.