İQNA, "Pillars 5"-ə istinadən xəbər verir ki, Məhkəmə oktyabr ayında 24 yaşlı Sem Emriyə ikisi terrorla əlaqəli olmaqla səkkiz ittiham hökmü çıxarıb.
Emri, 2019 həbs olunub. Şotlandiya polisi deyir ki, o, messencer proqramında "Fife İslam Mərkəz"inə hücum planları barədə danışıb. Emri həmçinin Fayfdakı "Qlenrot İslam Mərkəz"inə hücum etməkdə ittiham olunmuşdu, lakin bəraət almışdı.
Emriyə qarşı irəli sürülən ittihamlar arasında islamofob və antisemit bəyanatlarla terrora çağırış da var.
Emrinin evində aparılan axtarış zamanı 2011-ci ildə Norveçdə 77 nəfəri öldürən digər ifratçı sağçı terrorçu Anders Brevikinin bəyanatının mətni də aşkar edilib.