IQNA

Danimarkalı sahibkarın halal məhsulların reklam kampaniyasındakı uğuru

14:25 - December 05, 2021
Xəbər sayı: 3491313
"Halal.Ad" xidmətlərin göstərilməsi və halal biznesin reklamı məqsədilə istifadəyə verilmiş platformalardan biridir. O, təmin edir ki, əgər vebsaytınız məsələn, Quran tilavəti üçün reklamlar nümayiş etdirməyə başlasa, İslam qanunları ilə uyğun olmayan və qadağan olunmuş reklamları (məsələn, spirtli içki reklamları) göstərməyəcək.

"İQNA", xəbər verir ki, müasir dünyada reklam və kommunikasiyanın rolu istehsalçılar və biznes üçün həmişəkindən daha vacibdir. Kütləvi kommunikasiya vasitələrinin inkişafı isə müştərilərlə istehsalçılar arasında reklam və ünsiyyəti daha sürətli edib və asanlaşdırıb. Digər tərəfdən, bazara çıxış və müştəri xidmətləri üçün istehsalçılar arasında şiddətli rəqabət var.

Bazar vəziyyəti kiçik biznes və startaplar üçün digər şirkətlərlə müqayisədə xeyli çətindir. Çünki bu şirkətlər daha az kapitala görə daha böyük şirkətlərlə reklam sahəsində rəqabət apara bilməyir. Bu, onların tədricən bazardan çıxarılmasına səbəb olacaq.

Bu, qeyri-müsəlman ölkələrindəki müsəlman startapları üçün daha vacibdir. Çünki onlar müştəriləri cəlb etməyi bacarmalı və tədricən müsəlman azlıqlar arasında və digər startaplarla rəqabətdə inkişaf etməlidirlər.

İnternet reklamı kiberməkanda şirkətlər və bizneslər üçün reklamın ən ucuz və sürətli yollarından biridir. Bu arada danimarkalı müsəlman sahibkar halal biznesə rövnəq vermək üçün öz imkanlarından istifadə etməyə çalışıb.

"Halal.Ad" 2016-cı ildə danimarkalı müsəlman sahibkar Maruf Yusupov tərəfindən dizayn edilmişdir. Bu platformanın dizaynında onun məqsədi "Google AdSense" kimi digər tanınmış onlayn reklam platformalarının yerinə halal platformadan istifadə etməkdir.

"Halal.Ad" xidmətlərin göstərilməsi və halal biznesin reklamı məqsədilə istifadəyə verilmiş platformalardan biridir. O, təmin edir ki, əgər vebsaytınız məsələn, Quran tilavəti üçün reklamlar nümayiş etdirməyə başlasa, İslam qanunları ilə uyğun olmayan və qadağan olunmuş reklamları (məsələn, spirtli içki reklamları) göstərməyəcək.

Əslində, platforma ayrı-ayrı reklamların dini ideallara uyğun olub olmadığını yoxlayır. Digər tərəfdən, müsəlman şirkətləri vaxta və pula qənaət edirlər.

4011000

captcha