IQNA

Tac Mahalın rəqibi olacağı güman edilən İraq məscidinin naməlum taleyi

18:50 - December 05, 2021
Xəbər sayı: 3491317
Bağdadda Səddam dövründə tikintisinə başlanan və Yaxın Şərqin ən böyük məscidlərindən biri olacağı güman edilən Əl-Rəhman məscidi layihəsinin taleyi sirr olaraq qalır.

"İQNA", "Frans 24"-ə istinadən xəbər verir ki, Əl-Rəhman məscidi layihəsi əzəmət baxımından Tac Mahal ilə rəqabət aparmalı idi. Amma İraqın keçmiş diktatoru Səddam Hüseyn tərəfindən başlanan layihə heç vaxt tamamlanmadı.

Bağdadın mərkəzində yerləşən bu yarımçıq beton malikanə, İraqın müasir tarixinin çox hissəsini formalaşdıran məzhəb və siyasi qarşıdurmaların sübutudur.

Məqsəd bu məscidi 15.000 ibadət yeri ilə Yaxın Şərqin ən böyük məscidlərindən birinə çevirmək idi.

Memar və universitet ustadı Məhəmməd Qasım Əbdül Qafur AFP-yə deyib: Təəssüf ki, biz ölkə irsinə məhəl qoymamışıq. Bu layihələr bütün iraqlılara məxsusdur. Biz bu irsdən istifadə edib, onu mədəniyyət və turizm məkanına çevirməliyik. Bütün bunlar İraqın puludur və hökumət bundan faydalanmalıdır.

4018465

captcha