IQNA

Səudiyyə Ərəbistanı builki Həcc ziyarəti üçün "Sputnik V" peyvəndini təsdiqləyib

12:01 - December 06, 2021
Xəbər sayı: 3491320
Səudiyyə Ərəbistanı İctimai Səhiyyə Təşkilatı Rusiyanın "Sputnik V" peyvəndi ilə peyvənd olunmuş şəxslərin Həcc və Ümrə ziyarəti üçün ölkəyə buraxılacağını açıqlayıb.

"İQNA", "Sputnik"-in ərəb bölümünə istinadən xəbər verir ki, Səudiyyənin ictimai səhiyyə təşkilatı, "Viqayə" proqramının son yeniləməsində Rusiya peyvəndi Sputnik-i ölkəyə daxil olmaq üçün təsdiqlənmiş peyvəndlər siyahısına daxil edib.

Bu təşkilat, iki doza Sputnik V peyvəndi alan şəxslərin 2022-ci il yanvarın 1-dən etibarən ölkəyə "qısa səfər, o cümlədən Ümrə və Həcc ziyarəti üçün" buraxılacağını açıqlayıb.

Rusiyanın birbaşa investisiya fondu bazar günü Səudiyyə Ərəbistanının 2022-ci ilin əvvəlindən Sputnik V peyvəndi ilə peyvənd edilmiş insanlara icazə verəcəyini açıqlayıb. Bir şərtlə ki, onlar 48 saat karantində olsunlar və PCR testləri mənfi olsun.

4018670

captcha