"İQNA", "Əl-ümmət"-ə istinadən xəbər verir ki, Banqladeşin turizm paytaxtı adlandırılan Çittaqonq əyalətinin şərqindəki Koks-Bazar şəhəri dekabrın 5-i Nebras İnstitutunun Qurani-Kərim hafizlərinin ikinci qrupunun buraxılış mərasiminə şahidlik edib.
Bu mərasimdə Banqladeşin hər yerindən tanınmış alimlər və Koks-Bazar şəhərinin sakinlərindən məzunların valideynləri və Qurani-Kərim həvəskarları iştirak ediblər.
Nebras institutu, bu Quran məclisini bu yaxınlarda bu institutda Qurani-Kərimin hifzini başa vuran 35 hafizi mükafatlandırmaq üçün keçirib.
Bu mərasim, Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Sonra institutun tələbələri tərəfindən üç dildə ərəb, benqal və ingilis dillərində müxtəlif islami şerlər və moizələr oxunub.